Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zümrüd Yağmur: “Üzr istəyirəm”

Bu günlərdə ailəsində baş verən zorakılıq hadisəsiylə gündəmə gələn yazar Zümrüd Yağmur qızlarından üzr istəyib...

PİA.az qafqazinfo-ya istinadən xəbər verir ki, Z. Yağmur Feysbuk səhifəsində bildirib ki, o da eyni şəkildə əzab çəkib: "Amma qızlarımdan üzr istəyirəm. Onları ədalət deyib ədalətsizlik edən insanların onlara yüklədiyi qəzəbdən, saxtakar insanlardan, doğma hesab olunan adamdan, özümün gücsüzlüyümdən qoruya bilmədim. Üzr istəyirəm. Təkcə öz qızlarımdan deyil. Bu ölkədə yüzlərlə Selcan, Sənay kimi şiddətə məruz qalıb bax elə bu anda gözünün yaşını töküb əlinin dalıyla burnunun suyunu silən, gecələr atasının bağırtılarından yatmağa qorxan, kaş öləydim deyib hələ tam dərk etmədiyi Allahdan yardım istəyən uşaqlardan üzr istəyirəm. Yazar olaraq "atadır döyər" düşüncəsini daşıyan minlərlə atanın bu qorxunc düşüncəsini dəyişə, "qadındı da əri döyər də, sevər də" deyib məhv edilən həyatına rəğmən, guya xoşbəxtlik oyunu oynayıb qızıl teşdə qan qusan qadınları qoruya bilmədiyim üçün üzr istəyirəm.

Bir də özümdən üzr istəyirəm. İllərdir özümü ədalətinə inandıqlarımın ədalətsizliyində əzdirdiyim üçün. Üzr istəyirəm və bu, məni kiçiltmir".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar